Xankəndi mitinqi niyə baş tutmadı? - "Hraparak" ilginc səbəbi açıqladı

      Xankəndi mitinqi niyə baş tutmadı?    - "Hraparak" ilginc səbəbi açıqladı
  22 Dekabr 2022    Oxunub:957
Separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyan artıq Ermənistanda da birmənalı qarşılanmır. Qarabağa Moskvadan müəyyən məqsədlər üçün göndərilən təxribatçı iş adamı erməni mediasının hədəfinə çevrilib.
Məsələn, məşhur "Hraparak" nəşri yazır ki, Ruben Vardanyanı tez-tez
canlı yayıma çıxması, ikinci şəxslər tərəfindən deyil, birbaşa özünün insanlara xoş xəbərlər verməsi və digər populist hərəkətləri ilə Paşinyanı təqlid edir.

"Bəziləri Vardanyanın bu davranışından qıcıqlanmağa başlayıb. Onlar belə hesab edirlər ki, məhz bu səbəbdən Ruben tez-tez tələsik, yanlış bəyanatlar verir, bəzən isə vəziyyəti gərginləşdirir.

Vardanyan: "Qida, yanacaq tapmır, meyitləri Qarabağa daşıya bilmirik"
Buna misal olaraq Vardanyanın bir neçə gün əvvəl qazın bərpa olunması müjdəsi və axşama qədər dəhlizin açılacağını deməsini göstərmək olar. O, həmçinin dekabrın 17-də Xankəndidə mitinq keçirəcəyini elan etməklə tələsdi. Hansı ki, sonradan bu aksiya təxirə salındı. "Nazir" sonra da canlı yayıma çıxıb özünə haqq qazandırmaq istədi. Dedi ki, “Bizim bir problemimiz var. Necə edək və əmin olaq ki, bu mitinq 90-cı illərin əvvəllərindəki kimi olacaq. Yəni sadəcə toplaşıb dağılışmayaq. Siyasi qüvvələrlə və digər hörmətli şəxslərlə uzun müzakirələrdən sonra qərara gəldik ki, sabah Ağdərəyə gedib insanlarla görüş keçirək, əhali ilə danışaq. Yalnız bundan sonra mitiniqin necə və nə vaxt keçiriləcəyi bəlli olacaq”.

Nəşr yazıb ki, Qarabağdakı mənbələr redaksiyaya məlumat veriblər ki, əslində Vardanyan mitinqlə bağlı təkbaşına qərar verib. Sonra ona məlumat veriblər ki, ciddi yanacaq problemi var və insanlar topladıqları ehtiyat benzinlərini mitinqdə iştirak üçün istifadə etməyəcəklər. Bu mənada azsaylı kütləylə mitinq keçirməyin mənası olmayacaq. Hətta ola bilər ki, ruslar da mitinqin əleyhinədirlər. Ona görə də Vardanyan öz qərarını dəyişərək sadəcə rayonları gəzməyə, taktikasını dəyişib insanlarla ünsiyyət qurmağa başladı.

Xatırladaq ki, təxribatçı iş adamı dekabrın 16-da "sabah saat 15:00-da Xankəndidə Azərbaycan əleyhinə mitinq təşkil edəcəyik" bəyanatı vermişdi. Vardanyan yerli ermənilər üçün elan etdiyi aksiya ilə bağlı bəyanatında demişdi ki, “birliyimizi və gücümüzü göstərmək üçün hər kəsi bu mitinqdə iştirak etməyə çağırıram".

Amma göründüyü kimi heç kim belə aksiya üçün öz cibindən benzin alıb gəlmək istəməyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Aksiya   Təxribatçı   Benzin  





Xəbər lenti