"Krım hərb və diplomatiya ilə qaytarılacaq" - Ukrayna kəşfiyyatı
!["Krım hərb və diplomatiya ilə qaytarılacaq" - Ukrayna kəşfiyyatı "Krım hərb və diplomatiya ilə qaytarılacaq" - Ukrayna kəşfiyyatı](https://azvision.az/photos/2022/12/gjhhgjgh-1672041803.jpg)
O, qeyd edib ki, Ukrayna 1991-ci ildəki və dünyada hamının tanıdığı məlum sərhədlərə qayıtmalıdır, "Kimsə bununla razı deyilsə, deməli, BMT-nin prinsipləri və İkinci Dünya Müharibəsindən sonra mövcud olan dünya nizamı ilə razılaşmır".
- Ukrayna xalqının mövqeyini əks etdirməyən bəzi insanların fikirlərini dinləmək mənə maraqlı deyil. Mən əks fikirdəyəm. Biz bütün itirilmiş əraziləri qaytaracağıq. Krım həm güc, həm də diplomatiya ilə geri alınacaq. Amma güc olmadan heç nə olmayacaq. Bizim bölmələrimiz ora əllərində silahla gedəcəklər, - Budanov vurğulayıb.
Tural Tağıyev
AzVision.az