"Artıq hər saatda narahatlıqlarımız yaranır" - Vardanyan |
"Bir sıra qurum və müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb ki, bu da həm maliyyə, həm də sosial-iqtisadi baxımdan əlavə gərginliyə səbəb olur", - iclasda vurğulanıb.
Toplantıda ərzaq, dərman, benzin və əsasən kənd təsərrüfatında istifadə olunan dizel yanacağı ilə bağlı mövcud vəziyyətə dair məlumatlar verilib, yerlərdə yaranan problemlər təqdim edilib. Həmçinin enerji, su təchizatı və infrastruktur sahələrində də yaranmış ağır vəziyyətlə balı hesabat təqdim olunub. Bu sistemlərin rahat işləməsini təmin etmək üçün qənaət rejiminin davamlı olmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib : "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Tural Tağıyev
AzVision.az