"Böyük müharibəyə hazırlıq gedir, İran bizim üçün döyüşəcək" - Erməni general

"Böyük müharibəyə hazırlıq gedir, İran bizim üçün döyüşəcək" -    Erməni general
  27 Dekabr 2022    Oxunub:1115
“Rusiya-Ermənistan-İran strateji birliyinin formalaşdırmaq lazımdır. Bu, gələcəkdə regionda Türkiyə- Azərbaycan birliyi ilə İran arasında baş tutacaq müharibənin qarşısını almağa imkan verəcək. Əgər buna hazırlaşmasaq, gözlənilən məlum müharibədə biz məhv olacağıq”.
AzVision.az xəbər verir ki, bunu separatçıların "Müdafiə Ordusu"nun keçmiş komandanı, general-leytenant Samvel Babayan CivilNet-ə müsahibəsində deyib.

"Azərbaycan Ordusu irəlilədikcə hərbçilərimiz qorxurdu" - Babayan
Babayan qeyd edib ki, “Yaxın gələcəkdə regionda böyük müharibə olacaq. İran bizə deyir ki, siz döyüşməsəz, mən döyüşəcəyəm!”.

Onun sözlərinə görə, rusiya indi Ukraynadakı müharibəyə görə Rusiya xeyli zəifləyib. Moskva guya bu səbəbdən Azərbaycan və Türkiyəyə qarşı qətiyyətli addımlar atmaq istəməyib və ümumiyyətlə belə bir iqtidarda deyil. Ermənistan isə Rusiyadan yalnız nələrisə tələb edir, özü heç nəyə hazır deyil. Babayan fikirlərinə onu da əlavə edir ki, belə bir vəziyyətdə, ortada Ermənistan faktoru olmadığı üçün, Rusiya bacardığı qədər Xankəndini əvvəlki "status"da saxlamağa çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan   Müharibə  





Xəbər lenti