Separatçılar Xocalı aeroportunu səhərə kimi mühasirəyə alıblar

  Separatçılar Xocalı aeroportunu səhərə kimi mühasirəyə alıblar
  28 Dekabr 2022    Oxunub:922
Laçın dəhlizinin bağlı qalması Xocalıda yaşayan erməniləri də vurub.
AzVision.az xəbər verir ki, Ermənistan mediası burada yaşayan bir qrup separatçı sülhməramlılara etiraz əlaməti olaraq Xocalı aeroportunun ətrafına toplaşıblar. Qeyd edilir ki, etirazçılar tonqal qalayaraq səhərə kimi aeroportun ətrafından əl çəkməyiblər.

Xankəndidə insident - Sülhməramlılar aksiya keçirən erməniləri təhqir etdilər
"Bir qrup Qarabağ ermənisi gecəni Rusiya sülhməramlı qüvvələrinin mərkəzi qərargahının yerləşdiyi Xocalı hava limanının yaxınlığında keçirib. Onlar sülhməramlıların nəzarətində olan Laçın dəhlizinin açılmasını və rus qoşunlarının bölgədəki komandanı general Volkovla görüşməyi tələb edirlər", - "Mamul" saytı yazıb.

Xatırladaq ki, dünən Qarabağdakı qondarma "partiya rəhbər"lərindən biri, təxribatçı Petrosyan insanları Xocalı hava limanına etiraz aksiyası üçün aparıb. Rusiya hərbçiləri isə sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüşmək istəyən erməniləri təhqir ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xocalı   Separatçı  





Xəbər lenti