"10 günə Qarabağda ciddi dəyişikliklər olacaq" - Petrosyan

   "10 günə Qarabağda ciddi dəyişikliklər olacaq" -    Petrosyan
  07 Yanvar 2023    Oxunub:1732
Dəhliz böhranı İrəvanla yanaşı, Qarabağ ermənilərinin də əsəblərini tarıma çəkib. Artıq iş o yerə çatıb ki, Xankədidə oturan "siyasətçilər" onlara irad tutanları acılamağa başlayıb.
Məsələn, qondarma partiya rəhbərlərindən biri Tiqran Petrosyan Facebookda canlı yayıma çıxaraq deyib ki, xalq onu yersiz şəkildə tənqid edir: “Elə hey istədiyinizi yazırsınız. Deyirsiz ki, niyə tez-tez görünmür, canlı yayıma çıxıb xəbərlər çatdırmırsan. Bu hansısa gündəlik veriliş deyil. Evində rahat oturan "divan ekspertləri" bizi tənqid edir, məsləhətlər verirsiniz? Qalxın, bura gəlin, biz də sizin məsləhətlərinizə qoşulaq... Konkret nə isə xəbər olsa, canlı yayıma çıxıb sizə məlumatlar verəcəyəm.

Xankəndidə gərginlik: Balasanyanı niyə "çolka"yla əvəzlədilər?
Xaricdən mənə xüsusi zənglər gəldi. Dedilər ki, 10 gün də səbr edin. 10 gündən sonra Qarabağ, dəhlizlə bağlı dəyişiklikləri görəcəksiniz. Məsələn artıq bu gün ilk dəyişiklik oldu, Balasanyan getdi... 20-sinə qədər çox şey aydınlaşacaq”.

Petrosyan Vitali Balasanyanın işdən çıxarılmasına da ayrıca toxunub. O, "Vito" ləqəbli Balasanyanla bağlı hər şeyin bitmədiyini iddia edib. Çünki keçmiş "məmur" bir sıra məsələlərə görə cavab verməlidi: “Onlar gec, ya tez Vitalini aradan qaldırmalı idilər. Belə edib onu meydanda yalnız qoydular. Amma Vito hələ cavab verməli olacaq. Ona görə yox ki, arzuolunmaz fəaliyyətlərin hamısını özü təkbaşına edib. Başqaları da var. Ancaq o öz adına cavab verməlidir". Petrosyan Artsax prezidenti Arayik Arutyunyana da toxunub.

- O, Vitonu korladı və indi başqasını bu vəzifəyə gətirib. Arayik bütün baş verənlərin əsas günahkarı olmaqla yanaşı, həm də bu iki ildə millət üçün dağıdıcı siyasət apardı, - separatçı siyasi fəal gileylənib.

Xatırladaq ki, dekabrın əvvəlindən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində təşkil olunan dinc aksiyalarda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələb olunur. Sülhməramlılar aksiyalara görə dəhlizdə nəqliyyatın fəaliyyətini dayandırıblar. Amma yoldan humanitar məqsədlərlə istifadə olunur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Separatçı  





Xəbər lenti