Ermənisayağı ailə: Qardaş ölüb, ata naməlum, ana isə Qarabağdadır

      Ermənisayağı ailə:    Qardaş ölüb, ata naməlum, ana isə Qarabağdadır
  07 Yanvar 2023    Oxunub:1126
Ermənistan cəmiyyəti Laçın dəhlizinin əvvəlki qaydada işləməsi üçün maksimum dərəcədə xəstə və uşaq amillərindən istifadə etməyə çalışır. Bir aydır ki, guya Qarabağda bəzi ağır xəstələrin dəhliz böhranına görə ölməsindən dəm vuran erməni siyasətçi və fəallar indi də uşaqların valideynsiz qaldıqlarını deyirlər.
Buna misal olaraq “Şirak Mərkəzi” qeyri-hökumət təşkilatının rəhbəri Vahan Tumasyanın sosial şəbəkələrdəki paylaşımını göstərmək olar. O, Facebook səhifəsində foto paylaşaraq yazıb ki, “Yolun bağlanması səbəbindən 6 azyaşlı uşaq valideynsiz qalıb.

Bu dəqiqə Gümrü yaxınlığındakı kənddən qayıdırıq və 6 bacıya odun vermişik. Bu ailə Qarabağdan gəlib. Bacıların böyük qardaşı 44 günlük müharibədə öldürülüb. Ana ailəyə verilən mənzillə bağlı lazım olan müvafiq sənədləri əldə etmək üçün Qarabağa qayıdıb və məlum səbəblərdən bir aya yaxındır ki, orada qalıb. O, uşaqlarının yanına qayıda bilmir”.

Xankəndiyə köçmüş Suriya ermənisi: "Evimdə silah saxlayıram"
Maraqlıdır ki, sosial şəbəkələrdə paylaşılan bu foto bir çox erməninin narazılığına səbəb olub. Şərhlərdə daha çox İrəvanı Yeni il bayramı üçün paytaxt meydanlarını bəzəyərək büdcə pullarının "silmək" əvəzinə bu cür ağır durumda yaşayan uşaqların yaşayışına, xarabaya bənzər evlərinə diqqət ayırmağa çağırışlar olub.

Xatırladaq ki, dekabrın əvvəlindən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində təşkil olunan dinc aksiyalarda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələb olunur. Sülhməramlılar aksiyalara görə dəhlizdə nəqliyyatın fəaliyyətini dayandırıblar. Amma yoldan humanitar məqsədlərlə istifadə olunur.






Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Dəhliz   Ermənistan   Ailə  





Xəbər lenti