Vardanyan Britaniyanın "Byline Times" nəşrinə də diqqət çəkən açıqlama verib. O, iddia edib ki, guya Qarabağ erməniləri iyirmi gündən çoxdur məqsədli şəkildə "mühasirəyə alınıblar". Halbuki, Xankəndiyə gedən yolu aksiya iştirakçıları deyil, rus sülhməramlılar bağlayıb, nəqliyyatın fəaliyyətini dayandırıblar.
"Artıq əsas ərzaq məhsulları bitib və bölgədə ərzaq qıtlığı yaranıb”, - Vardanyan gileylənib.
![]() |
"Artıq hər saatda narahatlıqlarımız yaranır" - Vardanyan |
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Tural Tağıyev
AzVision.az