- Qarabağda artıq ermənilər üçün talon sisteminin tətbiqinə başlanılıb. İnsanlara ərzaq çekləri yanvarın 17-dən veriləcək. Bu talonlarla mağazalarda alış-veriş isə yanvarın 20-dən mümkün olacaq, - Xankəndidə layihələr həyata keçirən Hayriyan deyib.
Qarabağ erməniləri indi də pendir tapmırlar - FOTO |
İkinci talonda isə ay ərzində adambaşına 1 kq-dan olmaqla makaron, düyü, qənd və qarabaşaq yarması almaq mümkün olacaq. Amma 15 gün ərzində həmin ərzaqlar 0,5 kq-dan satılacaq.
- Dükanlardakı növbələrin qarşısını almaq üçün kuponlarda məhsulların satışı üçün konkret tarix qeyd olunacaq. Hər bir şəxs ailəsinin pasportunu götürüb hər kəs üçün kartiçka ala bilər. Hətta Qarabağda "vətəndaşlığı" olmayan amma burada yaşayanlar da əvvəlcədən qeydiyyatdan keçməklə ərzaq çekləri ala bilərlər, - Hayriyan yeni qaydalar barədə danışıb.
Qondarma rejimin televiziya kanalı da yayılan məlumatlarla bağlı reportaj hazırlayıb. Yerli “məmur”lardan biri məlumatın doğruluğunu təsdiqləyib və artıq texniki məsələlərin müzakirə olunduğunu deyib.
Qeyd edək ki, Moskvadan təxribatçı kimi göndərilən biznesmen Ruben Vardanyan Xankəndidə daha çox iqtisadi məsələlərlə məşğul olmalı idi. Dəhliz böhranı yaranandan sonra isə o erməni mediasında baş separatçı Arayik Arutyunyandan da çox qınaq obyektinə çevrildi.
Tural Tağıyev
AzVision.az