AzVision.az xəbər verir ki, o, Qarabağdan imkanlı bir ailənin öz əlaqələrindən istifadə edərək qaça bilməsindən söz açıb.
"Joğovurd" nəşri isə yazır ki, əslində təxribatçı "nazir" yalan danışıb və ara qarışdırmaqla məşğuldur: “Yanvarın 8-də "dövlət naziri" Ruben Vardanyan canlı efirdə böyük rezonans doğuran bəyanatla çıxış etdi. O dedi ki, “biz varlı bir ailənin öz əlaqələrindən istifadə edərək tətilə getməsini bilirik. Bununla bağlı bir sıra suallar yaranıb. Bu onların buraxdığı hansısa səhv deyil. Bu uğurlu ailə, uğurlu insan modelidir”. Lakin əldə etdiyimiz məlumata görə, Ruben Vardanyanın adını çəkdiyi imkanlı ailə istirtahərə və ya hansısa tətilə çıxmayıb. Onların xəstə uşaqları olub, buna görə də müalicəyə aparıb. Üstəlik, Ruben Vardanyan bu faktı bilə-bilə dağıdıcı xarakter daşıyan açıqlamalar verdi. Niyə? Dünən ondan belə açıqlama verməsinin səbəbini soruşduq. O, birbaşa cavabdan yayındı. Vardanyan dedi ki, “Mən Qarabağa köçəndə hiss etdim ki, insanlarda ədalətsizlik hissi var. Onlar fərqli şəraitdə yaşadıqlarını, eyni təhlükə ilə üzləşdiklərini hiss edirlər. Bu bizim reallığımızdır. Mən belə hallar haqqında danışmışam və danışacağam. Dediyim sözlərə peşman deyiləm”.
Tural Tağıyev
AzVision.az