"Əsgər atas"ının rus variantı - Min kilometr gəzib oğlunu tapdı

   "Əsgər atas"ının rus variantı -    Min kilometr gəzib oğlunu tapdı
  13 Yanvar 2023    Oxunub:1672
İnternetdə Ukrayna müharibəsinə aid maraqlı video yayılıb. Rusiyanın Moskva vilayətində yaşayan Viktor adlı şəxs məşhur "Əsgər atası" filmindəki ahıl gürcünün "taleyi"ni yaşayıb.
O, müharibədə iştirak edən oğlu Artyomu görmək üçün cəbhə bölgəsində gəzərək 1000 km yol qət edib. "RT"nin yaydığı məlumata görə, onların üç aylıq ayrılıqdan sonra baş tutan görüşünün təsirli videosu internetdə geniş müzakirələrə səbəb olub.

Əsgər ürəyində güllə ilə meşədə 2 gün yol gəlib - VİDEO
Bildirilir ki, 24 yaşlı "Zina" ləqəbli Artyom Moskva vilayətinin Ramenski rayonunda böyüyüb. Atası Viktor yükdaşıma ilə məşğul olur, anası Svetlana isə ticarət sahəsində çalışır. Kiçik qardaşı Matvey tələbədir. Artyom özü traktorçu peşəsini seçib.

Əsgər müharibəyə çağırış vərəqəsini qismən səfərbərliyin ilk günlərində alıb. Ata bununla bağlı deyib: “Biz sadə insanlarıq, gizlənməyi bacarmırıq. Əlbətdə ki, xəbəri eşidəndə çaşqın duruma düşmüşdük. Amma nə etməli, Vətəni müdafiəyə getməliydik".

Humanitar yardımlar çatdıran xüsusi qrupun Artyomun olduğu Zaporojyeyə getməyə hazırlaşdığını eşidən ata onlardan könüllülərlə birlikdə cəbhəyə getməyi xahiş edib. O, yeddi gün və 1000 kilometr məsafə qət edərək üç aydan sonra oğlunu ilk dəfə görə bilib. Viktor bu müddət ərzində bütün proseslərdə iştirak edib. Çöllərdə qalan ata humanitar yardımların yüklənməsindən tutmuş, maşın sürmək, avtomobillərin təmirinə qədər olan işləri görüb.

“Biz bu əraziyə çatan ilk mülki şəxslərik. Yol çox çətin idi, bütün cəbhə xətti boyunca ora-bura sürməli olurduq və ən öndə idik. Svatovski cəbhəsindən, Donetskdən keçdik. Mən ilk dəfə ki, bu bölgələrdə olurdum"- əsgər atası deyib.

Onlar qarşıdakı yolun körpünün yenicə partladılması səbəbindən keçilməz olduğunu anladıqdan sonra Artyomun olduğu tağımla rabitə əlaqəsinə giriblər. "Ata "Zina" ilə əlaqəyə çıxır, cavab verin" deyəndən sonra təsirli görüş reallaşıb. Göz yaşları içində baş tutan bu görüş Viktor və Artyomun istədiyi qədər uzun müddət çəkməyib. Onlar ad günü olan ana üçün videotəbrik də çəkiblər.
Viktorun sözlərinə görə, hərçənd ana ərinin oğlu ilə görüşə getdiyini bilmirmiş. O, Viktorun sadəcə könüllülərə kömək etməyə getdiyini düşünüb. Beləliklə, birgə video onun üçün sürpriz olub.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə   Ata   Cəbhə   Rusiya  





Xəbər lenti