Rusiya ordusu Soledarı tutub

 Rusiya ordusu Soledarı tutub
  13 Yanvar 2023    Oxunub:1261
Rusiya ordusu cümə axşamı Soledar şəhərini zəbt edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 12-də axşam saatlarında Soledar şəhərinin azad edilməsi prosesi başa çatıb. Bu isə Donetsk istiqamətində uğurlu hücum əməliyyatlarının davam etdirilməsi üçün vacibdir", - nazirliyin məlumatında deyilir.

Polkovnik Makqreqor: "Artemovsk Stalinqradın analoqu oldu"
Həmçinin qeyd olunur ki, Soledarın tutulması Ukrayna qoşunlarının Artemovsk qəsəbəsinə olan təchizatını kəsməyə imkan verir.

"Soledar üzərində tam nəzarətin yaradılması Kiyev qoşunlarının Artemovsk şəhərinin cənub-qərbindəki təchizat marşrutlarını kəsməyə, sonradan isə orada qalan Ukrayna Silahlı Qüvvələrinin bölmələrini blokadaya almağa imkan verir", - nazirlik bildirib.

Xatırladaq ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi ordunun şimal və cənub tərəfdən Soledarı blokadaya aldığını, şəhərin özündə hücum dəstələri ilə ağır döyüşlərin getdiyini bəyan etmişdi.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti