“İran müdaxilə etsə, Qərb Azərbaycanı dəstəkləyəcək” – Erməni politoloq

   “İran müdaxilə etsə, Qərb Azərbaycanı dəstəkləyəcək” –    Erməni politoloq
  15 Yanvar 2023    Oxunub:1899
“İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq etsə də, Qərbdən belə açıqlamalar gəlməyib. Əksinə, İranın Qafandakı Baş Konsulluğunun açılışından sonra ABŞ Tehranın Qafqazda sabitliyi pozmağa imkan verməyəcəyini bəyan edib”.
Bu sözləri “news.am”-a müsahibəsində politoloq Artur Xaçikyan deyib. O bildirib ki, İran hərbi addım atmayacaq, çünki bu halda ABŞ, İngiltərə və İsrail dərhal müdaxilə edərək, Türkiyə ilə Azərbaycanı dəstəkləyəcək.
“Ermənistanı itirməyə doğru gedirik” – Erməni politoloq

“Bakının xeyrinə açıq-aydın dəstək bəyanatı olub, amma Ermənistana münasibətdə eyni dəstək səslənməyib. Niyə Qərb Qarabağda “təmizləmə”yə imkan verməyəcəyini açıq demir? Onlar bunu Balkanlarda ediblər axı”, - Xaçikyan qeyd edib.

Politoloq xatırladıb ki, Qərb iki il əvvəl də heç nə etməyib, Türkiyə və Azərbaycana real təzyiq göstərməyib.

Samir Quliyev
AzVision.az


Teqlər:   Ermənistan   İran  





Xəbər lenti