Müharibə Araşdırmaları İnstitutu: "Bu il Ukrayna müharibəsi bitməyəcək"

      Müharibə Araşdırmaları İnstitutu:    "Bu il Ukrayna müharibəsi bitməyəcək"
  16 Yanvar 2023    Oxunub:899
2023-cü ildə Rusiya Ukraynada bir neçə "həlledici strateji fəaliyyət" ssenarisinə əl ata bilər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. ISW analitiklərinin fikrincə, müharibənin bu il başa çatması ehtimalı azdır. Moskva münaqişəni uzatmaq fikrindən əl çəkməyəcək.

İnstitut Rusiyanın Ukrayna müharibədə qalib gəlmək üçün hansısa son cəhdlər edəcəyini proqnozlaşdırmayıb. "Müharibə bitməyəcək", - ekspertlər qeyd ediblər.

"Putin 5 aydır ki, mühüm qələbə qazana bilmır" - ISW
Qarşıdakı aylarda müharibə ilə bağlı iki mümkün ssenari var. Birinci ssenariyə görə, 2023-cü ildə rus qoşunları Luqansk vilayətində genişmiqyaslı hücumlara cəhd edəcək. Hazırda Putinin komandası Donetsk və Luqansk vilayətlərinin tam şəkildə ələ keçirilməsini Kremlin hərbi məqsədi adlandırır. Donetsk və Luqansk bölgələrinin maddi-texniki cəhətdən ən asan ələ keçirilən ərazilər olduğunu nəzərə alsaq, analitiklər deyirlər ki, bu, Rusiyanın hələ də çox çətin görünən məqsədlərindən biridir.

Eyni zamanda, ISW hesab edir ki, ruslar çətin ki, Ukraynanın cənubundakı Xerson və ya Zaporojye vilayətlərində hücuma keçsinlər.

İkinci ssenariyə görə isə, ruslar Ukraynanın əks-hücumlarının qarşısını almaq üçün xüsusi müdafiə əməliyyatları hazırlayacaqlar. Ukrayna Silahlı Qüvvələri 2023-cü ildə geniş əks-hücum əməliyyatına başlamağı planlaşdırdığı üçün Rusiya Xarkov vilayətindəki məğlubiyyət kimi Xersonun itirilməsindən də qaçmaq istəyir. Bu məqsədlə 2022-ci ilin sonunda Kreml cənub (Xerson-red.) istiqamətindən Luqansk vilayətinə əhəmiyyətli hərbi hissələri yerləşdirib. Luqansk vilayətində, eləcə də Rusiyanın Belqorod və Kursk vilayətlərində səhra istehkamları yaradıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə  





Xəbər lenti