"İlk dəfədir ki, rus bazası bizə təhdiddir deyirik" - Erməni deputat

"İlk dəfədir ki, rus bazası bizə təhdiddir deyirik" -    Erməni deputat
  17 Yanvar 2023    Oxunub:1617
Əvvəlki hakimiyyətin “Qarabağ problemini” baş nazir Nikol Paşinyanın çiyninə atması ilə bağlı səslənən bəyanatlar tamamilə əsassızdır.
AzVision.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Ermənistan parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, xalqa artıq Nikol Paşinyanın günahının olmamasını söyləmək adətə çevrilib.

İrəvanda Putinin həbsini tələb edən anti-Rusiya mitinqi keçiriləcək
"Danışırlar ki, Qarabağ məsələsi Nikolun cibinə “atılıb”, amma faktlar bunun əksini deyir”, - Mamicanyan bildirib.

Onun sözlərinə görə, tarixdə ilk dəfə İrəvanla qondarma Xankəndi rejimi arasında ciddi ziddiyyətlər qeydə alınır.

"Qarabağdakı "rəsmilər" bəyan edir ki, onlar Azərbaycanın tabeliyində fəaliyyət göstərə bilməzlər. Ermənistan hakimiyyəti isə bunu demir. Hətta ilk dəfə idi ki, İrəvanın rəsmi nümayəndəsi Rusiya Federasiyası və rus hərbi bazasının Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu bəyan etdi. İlk dəfə olaraq Ermənistandan olan əsas müzakirəçi Alma-Ata Bəyannaməsini danışıqlar prosesinə daxil edib. Hansı ki, onun Qarabağın "statusu" ilə heç bir əlaqəsi yoxdur.", - deputat gileylənib.

Bundan başqa o, tarixdə ilk dədə İrəvanın KTMT təlimlərindən imtina etməsini də xatırladıb.

“İndi özünüz mühakimə edin, Qarabağ məsələsi Nikolun cibinə “atıldı”, yoxsa o özü 2018-ci ildən erməni xalqının cibinə atılıb?”, - Mamicanyan qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat   Paşinyan   Rusiya  



Xəbər lenti