Mirzoyan Türkiyəyə səfər edəcək

Mirzoyan Türkiyəyə səfər edəcək
  18 Yanvar 2023    Oxunub:835
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçiriləcək Diplomatik Forumda iştirak edəcək.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu nazir parlamentdə çıxış edən zamanı deyib.

A.Mirzoyan Türkiyə Xarici İşlər Nazirliyinin dəvətini qəbul etdiyini söyləyib.

Onun sözlərinə görə, forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də istisna edilmir. "Görüş və müzakirələr olmalıdır. Hesab edirəm ki, bu, həm də dialoqun davam etdirilməsi, inkişafı və daha konkret substantiv nəticələrin əldə olunması üçün çox vacibdir”, - deyə Mirzoyan bildirib.

XİN başçısı qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü yaxın zamanlarda planlaşdırılmır: “Ölkələr arasında hava yolu ilə yüklərin daşınmasına qoyulan qadağa artıq aradan qaldırılıb. Digər məsələlərlə bağlı razılaşmalar isə uzaqda deyil”.

AzVision.az


Teqlər:





Xəbər lenti