Kazarma yanğını erməni cəmiyyətini qarışdırıb

 Kazarma yanğını erməni cəmiyyətini qarışdırıb
  19 Yanvar 2023    Oxunub:1702
Xəbər verdiyimiz kimi Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Ermənistan ziyalıları, siyasətçilər və mediası hadisə ilə bağlı sərt fikirlər səsləndirir, İrəvanı məsuliyyətsizlikdə ittiham edən məqalələr dərc edirlər.

Məsələn, parlamentin keçmiş deputatı, daim radikal fikirləri ilə seçilən müxalifətçi Naira Zöhrabyan isə ortaya sərsəm iddia qoyub. AzVision.az xəbər verir ki, o, gecə saatlarında 15 nəfər əsgərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə yersiz şəkildə Azərbaycanı ittiham edib.

"Benzin yandırıldığı üçün 15 əsgər ölüb" - Papikyan
"Əsgərlər diri-diri yanıblar və 15 hərbçi həlak olub. N saylı hərbi hissənin Azad kəndində yerləşən rotasının kazarmasındakı yanğın qeyri-müəyyən şəraitdə baş verib. İlkin məlumatlara görə, 15 hərbçi həlak olub, 3 əsgərin vəziyyəti isə son dərəcə ağır qiymətləndirilir. Başqa nələr baş verməlidir ki, ölkəni idarə etdiyiniz hər gün hər ağrı, bədbəxtlik, ölüm gətirdiyini anlayasınız. Mənim də haqqım var ki, bunun növbəti Azərbaycan "təxribatı" olduğunu deyim. Gedin. hakimiyyətdən gedin!", - Zöhrabyan "Mamul"a açıqlamasında yersiz ittihamlar səsləndirib.

Sabiq deputat Qayane Abramyan isə İrəvanın hadisəyə görə məsuliyyət daşıyan şəxslərə layiqli cəza verilməyəcəyini deyib.

- Hərbi hissədə yanğın olur və nəticədə nə az, nə çox 15 hərbçi ölür... Belə dəhşətli faciələrin qarşısını almaq öz əlimizdədir. Amma biz bu üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələ bilmirik. Bu, ordumuzun tarixində bəlkə də qeyri-döyüş şəraitində, səhlənkarlıq nəticəsində baş vermiş ən böyük itkidir. Məsələnin ən ağrılı tərəfi isə odur ki, cinayəti törədənlərin, ən yüksək vəzifədən tutmuş aşağıda oturana qədər hadisəyə məsul şəxslərin ağır cəza alacağına əmin deyiləm. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə ilə bağlı heç bir təsəlli yoxdur, - eks-deputat gileylənib. Xatırladaq ki, gecə saatlarında Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Parlamentin “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan isə keçirdiyi brifinqdə müdafiə nazirinin istefa verməli olduğunu deyib. O, jurnalistin "yanğından sonra müdafiə naziri Suren Papikyan istefaya getməlidirmi?" sualını belə cavablandırıb: “Son bir il ərzində baş nazir, müdafiə naziri və digərlərinin istefa verməli olduğunu sübut edən 15 hadisədən danışa bilərəm. Onlar bu günə qədər, 44 günlük müharibə və sentyabr döyüşlərinin qurbanlarına, coviddən ölən minlərlə insana məsuliyyət daşımırlar?

Xatırladaq ki, gecə saatlarında Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yanğın  





Xəbər lenti