O qeyd edib ki, hərbçilər sobanın yandırılması üçün benzindən istifadə ediblər. İlkin məlumata görə, sobanı yandıran zabit ona 5 litrlik qabdan benzin tökməyə çalışıb. Alov qaba düşərək bir anda böyüyüb və zabit də əlindəki qabı özündən kənara uzaqlaşdıraraq kazarmanın içərisinə atıb.
Kazarma yanğını erməni cəmiyyətini qarışdırıb |
"Heç bir kompromis olmayacaq. Hətta vizual olaraq hər hansı bir şeyin yanlış formada olduğu aşkarlansa, tədbirlər görüləcək", - Paşinyan deyib.
O, həmçinin bildirib ki, yanğınsöndürənlər hadisə yerinə vaxtında gəliblər.
Xatırladaq ki, gecə saatlarında Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.
Tural Tağıyev
AzVision.az