"Kazarmada benzin olmayıb" - Yanan ermənilərin komandiri

 "Kazarmada benzin olmayıb" - Yanan ermənilərin komandiri
  20 Yanvar 2023    Oxunub:1450
Xəbər verdiyimiz kimi Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. 15 hərbçinin ölümünə səbəb olan yanğının sobada benzindən istifadə edilməsindən sonra başlandığı deyilir.
Bu gün isə maraqlı və diqqət çəkən iddia ortaya atılıb. Hadisənin baş verdiyi məlum hərbi hissənin tağım komandiri jurnalistlərə açıqlama verərək deyib ki, ölkə rəhbərliyinin səsləndirdiyi benzin versiyası müəmmalı görünür.

Yanan ermənilər: Almaniyadan gələn, çempion, sərhəd təxribatının iştirakçıları -FOTOLAR
Sobalar həmişə kağızla yandırılıb. Mən bilmirəm orduya sobaların yandırılması üçün xüsusi alışqanlar verilib məlumatını kim yayıb. Amma biz kağızla yandırırıq. Yəni alov əldə etmək üçün benzindən deyil, kağızdan istifadə edilir. Faciə ərəfəsində, gecə burada olmuşam. Kazarmada heç benzin də yox idi. Bununla belə, əgər həmin vaxt kazarmada olsaydım, benzinin təhlükəli nəticələrinə görə buna sobaya yaxınlaşdırılmasına icazə verməzdim", - zabit deyib.

Tağım komandiri ölkə rəhbərliyinə də üsyan edib.

“Ordunun zəifləməsi hamımızdan asılıdır. Baş Qərargah rəisi, nazir, baş nazir... Bütün bu söylədiklərimdən sonra qoy mənə nə istəyirlər desinlər və etsinlər. Məni heç nə narahat etmir. Valideynlərin qarşısında susub cavab verməməkdən pis bir şey yoxdur”, - o, yanğının rəsmi versiyasını sadəcə fərziyyə hesab edib.

Azad kənd sakini, əsgərlərin mövqelərə gedən yollarını təmizləyən traktorçu Seyran Nazaryan da diqqət çəkən fikirlər səsləndirib. Hərbi hissəyə tez-tez baş çəkən Nazaryan jurnalistlərə deyib ki, kazarma kimi istifadə olunan bu yanan evdə 3 otaq olub. Birində odun sobası quraşdırılbmı.

"Pəncərələrdə isə dəmir barmaqlıqlar var idi. Bu səbəbdən divarları dağıtdıq ki, yanan əsgərləri xilas edə bilək. Yanğının benzindən alov yaratmaq üçün istifadə edilməsi nəticəsində baş verməsi ilə bağlı məşhur nəzəriyyəyə isə şübhə ilə yanaşıram. Ümumiyyətlə səhər soba qalayan kimdir axı? Bu vaxt soba qalnmır. Axşam ya gecə qalayırsan vəssalam, sonra odun əlavə edirsən. Yaxud da benzini 5 litrlik qabda saxlayıb sobanın yanına necə qoya bilərdilər axı?”, - yerli sakin jurnalistlərə sual ünvanlayıb.

Xatırladaq ki, hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yanğın  





Xəbər lenti