Ohanyandan sərsəm açıqlama: "Qələbəmizi geri qaytarmalıyıq" |
- Mən qanunsuz yollarla varlanmamışam. Göstərilən əmlak mənə məxsus deyil. Xüsusən də Sevan gölünün sahilində 1 hektardan çox torpaq sahəsinin qanunsuz zəbt etməyimlə bağlı məlumat mənim üçün qəbuledilməzdir. Prokurorluq nümayəndəsinin danışdığı informasiyalar barədə az şey bilirəm, - həbsdən qorxan Ohanyan deyib.
Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda Qarabağ klanının əsas fiqurlarına qarşı məhkəmə prosesləri keçirilir. Hərbi canilər Serj Sarkisyan, Robert Koçaryanla yanaşı Seyran Ohanyana qarşı da müxtəlif iddialar qaldırılıb.
Tural Tağıyev
AzVision.az