Özgəsinə quyu qazan özü düşər: Yəhudi ekspert Solovyovu susdurdu - VİDEO
![Özgəsinə quyu qazan özü düşər: Yəhudi ekspert Solovyovu susdurdu - VİDEO Özgəsinə quyu qazan özü düşər: Yəhudi ekspert Solovyovu susdurdu - VİDEO](https://azvision.az/photos/2023/01/696b3ecf-0b5b-4f68-a330-1a564077ae53-1674903931.jpg)
Solovyov: Bəs, tankları elə-belə göndərirlər?!
Kedmi: Sən tanklar barədə danışmaq istəyirsən? Sən silah çatdırılması barədə danışmaq istəyirsən?
Mən sənə deyim. İsrail-Ərəb müharibələrində Sovet İttifaqı ərəb ölkələrinə - Misirə və Suriyaya nə qədər silah çatdırdı? Hər batalyonda sizin zabitlər xidmət edirdilər. Onların əməliyyatlarını Sovetin Baş Qərargahı planlayırdı. Biz məgər bunu sizinlə müharibə adlandırdıq?! Heç vaxt! Çünki bu müharibə Misir, Suriya ilə idi. Sovet İttifaqı isə onlara silah verirdi.
Solovyov: Bu sizin mövqeyiniz idi…
Kedmi: Xeyr, bu hamının mövqeyi idi. Həm ABŞ-ın, həm SSRİ-nin, həm də İsrailin. Heç kəs bu müharibədə Sovet İttifaqını görmürdü. Silah çatdırılması müharibədə tərəf olmaq deyil. Bir çox ölkələr digər ölkələrə silah göndərirlər. Bu, müharibədə iştirak demək deyil. Hətta bir ölkədə hərbi məsləhətçilərin olması da müharibədə iştirak sayılmır. Mən müharibədə iştirak edəndə, Misir ordusunun hər batalyonunda Sovet ordusunun zabitləri var idi, amma bu, Sovet ittifaqı ilə müharibə deyildi.
Solovyov: Çünki siz onu elan etməmişdiniz.
Kedmi: Xeyr, çünki heç kəs bu müharibəyə elə baxmırdı. Dünyada heç kəs o müharibəyə İsrail-Sovet müharibəsi kimi baxmırdı. Hətta İsrail pilotları birbaşa Sovet pilotlarına qarşı vuruşanda da, Sovet Hava Hücumundan Müdafiə Qoşunları İsrail pilotlarına qarşı mübarizə aparanda da bu müharibəyə Sovet-İsrail müharibəsi kimi baxılmırdı.
AzVision.az
Teqlər: