Rusiya XİN: "Qarabağdakı sülhməramlılara BMT mandatının verilməsinə ehtiyac yoxdur"

      Rusiya XİN:    "Qarabağdakı sülhməramlılara BMT mandatının verilməsinə ehtiyac yoxdur"
  08 Fevral 2023    Oxunub:752
Qarabağdakı Rusiya sülhməramlılarına BMT mandatı verməyə ehtiyac yoxdur.
AzVision.az xəbər verir ki, Bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib.

"Dağlıq Qarabağ münaqişəsi" zonasında sabitliyin qorunmasının yeganə təminatçısı Rusiya sülhməramlı kontingenti olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur. Çünki birinci üçtərəfli görüşdə - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında sülhməramlılarımızın fəaliyyət üsulları artıq aydın şəkildə müəyyən edilib. Bu mənada mübahisə iştirakçıları arasında konsensus var və qeyd olunan məlum fakt burada əsas götürülür”, - diplomat bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti