“CHatGPT”in yeni rəqibi "Bard" - "Google" süni zəka əsaslı çat-botunu tanıdıb

      “CHatGPT”in yeni rəqibi "Bard"    - "Google" süni zəka əsaslı çat-botunu tanıdıb
  08 Fevral 2023    Oxunub:752
“Google”un ana şirkəti “Alphabet” süni intellektə əsaslanan yeni "Bard" çat-botunu istifadəyə verib. Yeni çat-bot "Microsoft" korporasiyasının süni intellekt əsaslı "ChatGPT”in rəqibi olacaq.
AzVision.az xəbər verir ki, “Bard” ilk öncə məhdud sayda istifadəçilər arasında test ediləcək. LaMDA (Language Model for Dialogue Application) adlı dil modeli ilə təhciz edilmiş çat-bot növbəti həftələrdə onun bütün istifadəçilər üçün aktiv olması planlaşdırılır.

“Google” şirkətinin baş direktoru Sundar Piçai süni intellektin ən dərin texnologiya olduğuna diqqət çəkərək onun həyatı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və yeni imkanların qapısını aça biləcəyinə diqqət çəkib. O bildirib ki, “Bard” dil imkanlarının gücündən, internetdəki məlumatlardan faydalanaraq daha yaxşı cavablar vermək imkanına malikdir.

“Bard” LaMDA-nın sadə model versiyası əsasında işləyəcək. Çünki LaMDA-nın sadələşdirilmiş versiyası daha az hesablama gücünü tələb edir. Bunun sayəsində şirkət daha çox istifadəçi üçün miqyası böyüdə və istifadəçilərdən daha çox geridönüş əldə edə biləcək.

““Bard” internet təcrübəmizi necə dəyişdirəcək? sualına Piçai belə cavab verib:
“Süni intellekt insanların axtardıqlarının mahiyyətini başa düşməyə və işlərini yerinə yetirmələrini asanlaşdırır. İnsanlar tez-tez “Google”da "Pianoda neçə düymə var?" kimi asan cavablar üçün axtarış aparır. Ancaq onlar çat-botla daha dərin məlumatı ala biləcəklər. Məsələn, "Fortepiano yoxsa gitara öyrənmək daha asandır və hər biri üzə nə qədər məşq etmək lazımdır?" sualına cavab ala biləcəklər. Yəni insanlar “Bard”la ideyaları, perspektivləri araşdıra biləcəklər”, şirkət direktoru vurğulayıb..
Bununla yanaşı, Google çat-botlardan bəzilərini müxtəlif məhsullarına və eləcə də axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti