Kosova prezidenti Türkiyədəki zəlzələyə görə matəm elan etdi

   Kosova prezidenti Türkiyədəki zəlzələyə görə   matəm elan etdi
  08 Fevral 2023    Oxunub:873
Kosovo prezidenti Vyosa Osmani Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra, çərşənbə axşamı bir günlük milli matəm elan edib.
AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

“Bu kimi faciələr zamanı dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqlarının ağrısı bizim də ağrımızdır. Buna görə Türkiyə dövlətinə və vətəndaşlarına hörmət əlaməti olaraq, 8 fevral 2023-cü il çərşənbə günü Kosovo Respublikasında matəm günü elan etdim”, - Osmani deyib.

O fikirlərinə onu da əlavə edib ki, Kosovo qüvvələri artıq axtarış-xilasetmə əməliyyatlarında iştirak edirlər. Lakin lazım gələrsə, əlavə dəstək də veriləcək.

Qeyd edək ki, Priştina hökuməti axtarış və xilasetmə işlərinə dəstək olmaq üçün bazar ertəsi axşam saatlarında Kosovo Təhlükəsizlik Qüvvələrinin 30-a yaxın əməkdaşını Türkiyəyə göndərib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Zəlzələ   Kosovo  





Xəbər lenti