Zəlzələdə kimliyi müəyyən edilə bilməyən cənazələrlə bağlı qərar
AFAD-dan verilən yazılı açıqlamada, episentri Kahramanmaraşda yerləşən zəlzələlərdən sonra 10 vilayətdə daha dəqiq axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib: “Həlak olan vətəndaşlarımızın kimliyinin mümkün qədər tez müəyyən edilərək cənazələrinin yaxınlarına təhvil verilməsi böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 8574-ə yüksəlib, 49 133 nəfər xəsarət alıb. 6444 bina isə dağılıb.
AzVision.az
Teqlər: