Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dağıntılar altında qalan Doğan Akkök adlı gənc Antalya Böyükşəhər Bələdiyyəsi axtarış-xilasetmə qruplarının gərgin əməyi nəticəsində 64 saatdan sonra xilas edilib. Məlum olub ki, o, dağıntılar altında olarkən divara “Ümidini itirmə” yazıb.
3 gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan dağıntılar altından çıxarılaraq təcili yardımla xəstəxanaya göndərilib.