BMT rəsmiləri Türkiyədə gedir

BMT rəsmiləri Türkiyədə gedir
  08 Fevral 2023    Oxunub:1230
BMT rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək.
AzVision.az verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib.

Onun sözlərinə görə, BMT-nin Baş katibi Antoniu Quttereş zəlzələdən ziyan çəkən ölkələrin liderləri ilə əlaqə saxlayıb və bölgədə BMT-nin təcili yardım qruplarının səfərbər olduğunu bildirib.

Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışları ilə tam məşğuldur, pis hava şəraiti bunu bir qədər çətinləşdirir.
AzVision.az



Teqlər:





Xəbər lenti