"Xüsusi əməliyyatın ildönümündə Rusiya böyük hücuma hazırlaşır" - KİV
!["Xüsusi əməliyyatın ildönümündə Rusiya böyük hücuma hazırlaşır" - KİV "Xüsusi əməliyyatın ildönümündə Rusiya böyük hücuma hazırlaşır" - KİV](https://azvision.az/photos/2023/02/TASS_51252377-pic_32ratio_900x600-900x600-13501-1675924857.jpg)
Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyada elan edilən qismən səfərbərlikdən sonra xüsusi əməliyyatda 300 mindən çox insan iştirak edir.
"Səfərbərlik səyləri "uğur" qazanıb. Çünki Ukraynanın irəliləyişini dayandırmaq üçün kifayət qədər qoşun yerləşdirilib”, - məqalədə deyilir.
Qəzetin yazdığına görə, Rusiyanın son hücumları Ukrayna Silahlı Qüvvələrinə ziyan vurub və onlar indi daha sıx rus əsgəri ilə mübarizə aparmalı olurlar.
“Ukraynalıların Xarkov vilayətində irəliləməsinə imkan verən bir çox amillər artıq mövcud deyil. Müdafiə xətləri daha qalındır. Ruslar oranı minalayıblar", "Rand Corporation"in hərbi analitiki Dara Massicot deyib.
Ukrayna ordusu bildirib ki, Rusiya artıq yeni hücum dalğası üçün 1800 tank, 3950 zirehli texnika, 2700 artilleriya sistemi, “Qrad” və “Smerç” kimi 810 reaktiv yaylım atəşi sistemi, 400 döyüş təyyarəsi və 300 helikopter hazırlayıb.
"Foreign Policy" yazır ki, hətta zəif təlim keçmiş rus bölmələrinin “canlı dalğa” hücumları ilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini alt-üst edə biləcəyi qorxusu Kiyevin Qərb silahları üçün daha təcili müraciətlərə səbəb olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: