Videoda qadınlar yarımdairə şəklində dayanıblar və əllərində onlara hədiyyə edilmiş xəz paltoları tutaraq təşəbbüskarlara “ürəkdən” təşəkkür edirlər. Qadınlardan biri deyir ki, “belə bir fürsət yaranacağını” ağlına belə gətirməyib.
Şəkillər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Skripnik yaydığı digər fotoda isə iki nəfərin adını çəkərək onların "müdafiəçilərimizin dul arvadları üçün 21 xəz palto bağışladığını" yazıb.
Strelkovun arvadı Miroslava Reginskaya da qalmaqallı fotoları paylaşıb.
Maraqlıdır ki, Mariupol merinin müşaviri Petr Andryuşşenko yazıb ki, bahalı xəzlər məlum çəkilişlərdən sonra qadınlardan geri alınıb.
![](https://azvision.az/photos/2023/02/20230208-63e3925cdefc2-3351855604.jpg)
![](https://azvision.az/photos/2023/02/20230208-63e392705c2c8-1675927802.jpg)
Tural Tağıyev
AzVision.az