Onların adı hələlik “Enkaz bebek”dir - FOTOLAR

  Onların adı hələlik “Enkaz bebek”dir -    FOTOLAR
  09 Fevral 2023    Oxunub:753
Türkiyədə zəlzələ ilə əlaqədar istifadə edilmək üçün ayrılan prezidentə məxsus təyyarə həm Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrə tibb qrupları və yardım materialları daşıyıb, həm də bölgədəki ağır yaralıları Ankaraya çatdırıb.
Təyyarənin son sərnişinləri isə zəlzələ zonalarından tapılan körpələr olub. 0-1 yaş arası 16 körpə Kahramanmaraşdan Ankaraya gətirilib.

Körpələr Esenboğa hava limanına enən təyyarədən Ailə və Sosial Xidmətlər Nazirliyinin süd anaları tərəfindən götürülərək Etlik Şəhər Xəstəxanasına aparılmaq üçün təcili yardım maşınlarına aparılıb.

Zəlzələ dağıntıları altından çıxarıldığı öyrənilən 2 körpənin adı məlum olmadığından, onların məlumat kitabçasına "enkaz bebek" (dağıntı körpəsi) yazılıb.

Zəlzələ zamanı Kahramanmaraşdakı xəstəxanalarda müalicə alan digər 14 körpənin isə ailələri ilə əlaqə saxlamaq mümkün olmadığı üçün paytaxtda mühafizə altına alındığı bildirilib.















Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti