Zelenski Avropa Parlamentində çıxış edib - VİDEO

   Zelenski Avropa Parlamentində çıxış edib -    VİDEO
  09 Fevral 2023    Oxunub:881
Ukrayna prezidenti Vladimir Zelenski fevralın 9-da fransalı həmkarı Emmanuel Makronla birlikdə Brüsselə gedib. Ukrayna lideri Avropa Parlamentində çıxış edəcək və Aİ sammitinə də səfər edəcək.
“Brüsselə xoş gəlmisiniz, əziz Vladimir Zelenski. Ukraynanın mənsub olduğu Avropa ailəsinin qəlbində”, – Avropa Komissiyasının sədri Ursula fon der Leyen Tvitter hesabında yazıb.

O, əmin edib ki, avropalı siyasətçilər Aİ-yə gedən yolda Ukraynanı hər addımda dəstəkləyəcəklər. Zelenski və Makronu hava limanında Avropa Komissiyasının rəhbəri şəxsən qarşılayıb.

Ukrayna prezidentinin Brüsseldə Avropa Şurasının sammitinə toplaşan Aİ liderləri ilə görüşüb, həmçinin Avropa Parlamentində çıxış edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti