Tehran-İrəvan təlimləri keçiriləcək? - İran səfirindən müəmmalı açıqlama

    Tehran-İrəvan təlimləri keçiriləcək? -    İran səfirindən müəmmalı açıqlama
  09 Fevral 2023    Oxunub:838
Lazım gələrsə, Ermənistan və İranın hərbi qurumlarının rəhbərləri müəyyən tədbirlərin keçirilməsini elan edəcəklər.
AzVision.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri ikitərəfli münasibətlərə həsr olunmuş elmi konfransda deyib. O, Sputnik Ermənistan-ın "birgə hərbi təlimlər keçirilə bilərmi?" sualını cavablandırarkən konkret cavab verə bilməyəcəyinə işarə vurub.

Tehran İrəvanla birgə döyüşəcəkmi? - İran səfiri sualdan yayındı
Bu mövzuda müvafiq təkliflərin İrəvanda, yoxsa Tehranda verilib-verilməməsi ilə bağlı sualı şərh edən diplomat qeyd edib ki, Ermənistan və İranın hərbi sahədə qəbul etdiyi bütün qərarlara hörmətlə yanaşır. İstənilən qərar və ya hərəkətin öz məntiqi nəticəsi var.

"Əgər bu məsələ ölkənin mənafeyindən irəli gəlirsə, o zaman müvafiq nazirlik, indiki halda cənab Suren Papikyan bunu səsləndirəcək. Təbii ki, eyni şey İranın yüksək hərbi rəhbərliyinə də aiddir. Nəyi edib, nələri etməmək barədə onların özləri açıqlama verməlidirlər”, - səfir suala müəmmalı cavab verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İran  





Xəbər lenti