Nəşrin məlumatına görə, Koreya Xalq Ordusunun yaradılmasının ildönümü şərəfinə Kim İr Sen meydanından avtoritar dövlətin nüvə imkanlarının “maksimum potensialını” nümayiş etdirən qitələrarası ballistik raketlərdən (ICBM) ibarət karvan keçib.
Nəşr qeyd edib ki, Şimali Koreya rejimi özünün “müharibəni dayandırma və əks-hücum imkanlarının” nümayişi kimi “taktiki nüvə qurğularını” təqdim edib.
Yeni nüvə raketinin xüsusiyyətləri naməlumdur. Lakin o, Şimali Koreyanın yaratmağa çalışdığı mğhkəm yanacaqlı raket ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.
![](https://azvision.az/photos/2023/02/1675965144.jpg)
AzVision.az