10 günlük möcüzə - FOTO

   10 günlük möcüzə -    FOTO
  10 Fevral 2023    Oxunub:1621
Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan Yağız Ulaş adlı 10 günlük körpə xilas edilib. Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məlumat verib.
Yağız Ulaşın anası da dağıntılar altından sağ-salamat xilas edilib.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti