"Rusiya Sünikdə konsulluq açmır" - Səfirlik

  "Rusiya Sünikdə konsulluq açmır" -    Səfirlik
  10 Fevral 2023    Oxunub:2022
Səfirliyə Rusiyanın Sünikdə konsulluq açmaq istəyi ilə bağlı heç bir müraciət daxil olmayıb. AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bir müddət öncə məşhur “Joğovurd” qəzeti İranın Sünikdə baş konsulluq açmasından sonra Rusiya səfirliyinin də diplomatik nümayəndəlik açmaq istəyində olduğunu yazmışdı. İddialara görə, Rusiya belə bir niyyətdə olmasını müxtəlif kanallarla Ermənistan hakimiyyətinə çatdırıb.

Qafanda İran konsulluğu açıldı
Qəzet Ermənistan Xarici İşlər Nazirliyindən belə bir müraciətin olub-olmamasına aydınlıq gətirməyi xahiş edib. Nazilikdən isə cavab verilib ki, “Ermənistan Rusiyadan Sünik vilayətində konsulluğun açılması ilə bağlı rəsmi təklif almayıb”.

Xatırladaq ki, İranın Qafan şəhərindəki Baş Konsulluğu 21 oktyabr 2022-ci il tarixində fəaliyyətə başlayıb. Rəsmi açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahyan iştirak ediblər. Bu addım Azərbaycana qarşı atələsik şəkildə atılmış addım, təxribat kimi qiymətləndirirlir. Çünki Sünikdə qısa zamanda konsulluq açılmasına heç bir zərurət yox idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Konsulluq   Ermənistan  





Xəbər lenti