"Ermənistanla əlaqələrdə müsbət dinamika var" - Hindistan səfiri

"Ermənistanla əlaqələrdə müsbət dinamika var" -    Hindistan səfiri
  13 Fevral 2023    Oxunub:1133
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistan səfiri Kişan Dan Deval ilə görüşüb. AzVision.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, onlar ölkələr arasında artan əməkdaşlığı müzakirə ediblər.

Qriqoryan Ermənistanla Hindistan arasında əlaqələrin dərinləşməsinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına verdiyi şəxsi töhfəyə görə səfirə təşəkkür edib.

Səfir, öz növbəsində, son illər Ermənistan-Hindistan münasibətlərinin bir sıra istiqamətləri üzrə müsbət inkişaf dinamikasının müşahidə olunduğunu vurğulayıb. O, Ermənistandan müsbət təəssüratlarla ayrıldığını, gələcəkdə iki ölkə və xalqın daha da yaxınlaşmasına töhfə verəcəyini əmin edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti