Avstriya Ukrayna hərbçilərinə tank təlimi keçməkdən imtina edib.

Avstriya Ukrayna hərbçilərinə tank təlimi keçməkdən imtina edib.
  13 Fevral 2023    Oxunub:878
Avstriya Ukrayna hərbçilərinə təlim meydanları ayırmayacaq. Ukraynalılar "Leopard 2" tanklarını idarə etmək üçün təlim meydanlarından yararlanmalıdırlar.
AzVision.az xəbər verir ki, bu barədə Avstriyanın "ORF" telekanalı müdafiə naziri Klaudiya Tannerin bəyanatına istinadən məlumat yayıb.

Tanner əlavə edib ki, Ukraynaya dəstək məsələsi “hər bir dövlətin suveren qərarıdır” və Avstriyanın konstitusiyada təsbit olunmuş neytral statusu vurğulanır.

Tural Tağıyev
AzVision.az




Teqlər:



Xəbər lenti