BMT Türkiyəyə 3 min çadır göndərdi

   BMT Türkiyəyə 3 min çadır göndərdi
  13 Fevral 2023    Oxunub:708
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı zəlzələlərdən sonra Türkiyəyə 3 min çadır göndərib.
Çadırlar Türkiyə Hərbi Hava Qüvvələri, THY və İordaniya Hərbi Hava Qüvvələri tərəfindən ehtiyac olan bölgələrə daşınıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin, Türkiyədə bir həftəlik matəm elan olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti