Siyarto: "Ukrayna münaqişəsində hərbi ritorika güclənir"

     Siyarto:    "Ukrayna münaqişəsində hərbi ritorika güclənir"
  13 Fevral 2023    Oxunub:921
"Ukraynada münaqişənin həlli üçün sülh danışıqlarına ehtiyac var".
AzVision.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. Onun sözlərinə görə, hərbi ritorika getdikcə güclənir: "Macarıstan Ukraynada dərhal atəşkəsə nail olmaq və silahlı münaqişənin həlli üçün danışıqlar aparmağı planlaşdırır".

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bəyan edib ki, Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin “ilkin şərt olmadan”. Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında müzakirə yalnız “hazırda mövcud olan reallıq əsasında” aparıla bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti