Baxçalı tənqidlərə cavab verdi: " Başqaları kimi şou arxasınca qaçmırıq"
![Baxçalı tənqidlərə cavab verdi: " Başqaları kimi şou arxasınca qaçmırıq" Baxçalı tənqidlərə cavab verdi: " Başqaları kimi şou arxasınca qaçmırıq"](https://azvision.az/photos/2023/02/412672786_129_0_1200_673_1920x0_80_0_0_c3950287619cd95a6b51de8f5da1ae6a-1676362340.jpg)
“Osmaniye, Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Kilis, Adana və Malatyada xalqımla bir səs olacağam, onları növbə ilə ziyarət edəcəm.
Sarsılmışıq, amma yıxılmayacağıq. Üstümüzə binalar uçdu, amma işığın sönmədiyini göstərəcəyik. Türkiyənin büdrəmədiyini göstərəcəyik. Qaranlığın arxasında çoxlu günəşlər var. Biz müharibələrə, təbii fəlakətlərə, çevriliş cəhdlərinə qarşı eyni cəbhədə vuruşmuşuq.
Bu çətin günlərdən birlikdə çıxmalıyıq. Hər gün dərdimizə yeniləri əlavə olunur. Zəlzələnin ocaq dərinliyinin 5 km olması dağıntı effektini daha da artırıb. Türkiyə əhalisinin yüzdə 15-i söküntü sahəsindən zərər görürüb".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: