Zəlzələnin 9-cu günündə Hataydakı dağıntı dronla çəkilən görüntülərdə əks olunub. Dağıntının miqyası bu görüntülərdə bir daha üzə çıxıb.
Binaların tamamilə dağıldığı bölgədə vətəndaşlar AFAD-ın qurduğu çadırlarda qalır. Şəhərin mərkəzində qəzaya uğrayan yerdə axtarış-xilasetmə işləri davam edir. Şəhər ətrafında geniş təhlükəsizlik tədbirləri alan jandarma və polis qrupları, asayiş hadisələrinə qarşı hazır vəziyyətdədir.