"Türk xalqı ilə həmrəy olmaq üçün Türkiyəyə gəldim" - Koen

   "Türk xalqı ilə həmrəy olmaq üçün Türkiyəyə gəldim" -    Koen
  14 Fevral 2023    Oxunub:1220
İsrailin xarici işlər naziri Eli Koen Türkiyəyə gedib. AzVision.az xəbər verir ki, bu barədə o, Tvitterdə məlumat yayıb.
Koen qeyd edib ki, Anakarada ölkə rəhbərliyi, o cümlədən prezident Ərdoğanla danışıqlar aparacaq.

"Türk xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəldim. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlu ilə görüşəcəyəm və İsrail dövlətinin Türkiyənin başına gələn dağıdıcı fəlakətlə bağlı başsağlığını verəcəyəm", - paylaşımda yazılıb.

Xatırladaq ki, ötən həftə İsrail dağıdıcı zəlzələdən zərər çəkənlərə kömək etmək üçün Türkiyəyə bir neçə xilasetmə qrupu və hərbi həkimlər göndərmişdi. İsrail xilasediciləri artıq Türkiyənin cənub-şərqində reallaşdırdıqları missiyasını başa vuraraq bazar ertəsi evlərinə qayıdıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Türkiyə  





Xəbər lenti