Akar NATO müdafiə nazirlərinin toplantısında iştirak etməyəcək

   Akar NATO müdafiə nazirlərinin toplantısında iştirak etməyəcək
  14 Fevral 2023    Oxunub:886
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar zəlzələ bölgəsindəki çalışmaları ilə bağlı NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısına qatıla bilməyəcək.
Zəlzələdən dərhal sonra Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ​​və Quru Qoşunları komandanı, ordu generalı Musa Avsever ilə birlikdə Hataya gələn nazir 9 gündür axtarış-xilasetmə, həyat dəstəyi və sağlamlıq fəaliyyətlərini izləyir.

Akarın zəlzələ bölgəsindəki işinə görə NATO müdafiə nazirlərinin toplantısına qatıla bilməyəcəyi, Türkiyəni NATO-nun daimi nümayəndəsi Levent Gümrükçünün təmsil edəcəyi bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti