"Protein tozunu yedik və yatdıq" - Dağıntıların altından çıxarılan qardaşlar
!["Protein tozunu yedik və yatdıq" - Dağıntıların altından çıxarılan qardaşlar "Protein tozunu yedik və yatdıq" - Dağıntıların altından çıxarılan qardaşlar](https://azvision.az/photos/2023/02/Screenshot_3-1676376619.jpg)
Qardaşlardan Enes Yeniar, "Normalda səhərlər qardaşımla işə gedirdik. Telefonda saatı qurub yatdım ki, sabah tez duraq. Zəlzələ baş verəndə bərk silkələndim və qardaşıma doğru qaçıb onu oyatdım. Üst mərtəbənin divarları üstümə gəldi.Telefonu tapmasaydıq, mən indi yaşamazdım.
Adətən idmanla məşğul olduğum üçün siyirməmə protein tozunu qoyuram. Su da var idi, amma onu tapa bilmədim. Həmin protein tozunu qardaşımla bərabər palyaşdıq".
Digər qardaş Baki Yeniar: "12 gün saydım. İçimiz rahat idi. Xoşbəxtlikdən telefonu tapdım, qardaşım yanımda idi. İçəriyə təmiz hava gəlirdi. Allaha dua etdik. Qidalanmamızı protein tozu ilə etdik. Sidiyimizi boşaltmalı olduq, bir az ürəyim bulandı.
Əsasən yatırdıq. Allaha şükür, sağ-salamat çıxdıq”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: