Moldova hava məkanı yenidən açılıb

   Moldova hava məkanı yenidən açılıb
  14 Fevral 2023    Oxunub:864
Moldovanın hava məkanı yenidən açılıb. Bu barədə Moldova Mülki Aviasiya Departamentindən məlumat verilib. Moskva vaxtı ilə saat 15:20 radələrində ölkənin hava məkanı təhlükəsizlik məqsədilə bağlanıb. Məhdudiyyət rejimi Moskva vaxtı ilə saat 17:00-dək qüvvədə olmalı idi.
Fevralın 10-da Moldova Müdafiə Nazirliyi raketin ölkənin hava məkanına daxil olması barədə məlumat yayıb.

Raket Dnestryanı bölgənin Mokra və Soroka bölgəsindəki Kosauts şəhərləri üzərindən uçaraq Ukrayna sərhədinə doğru hərəkət edib. Bununla bağlı Rusiya səfiri Moldova XİN-ə çağırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti