Gürcüstanın şərqində zəlzələ baş verib

Gürcüstanın şərqində zəlzələ baş verib
  15 Fevral 2023    Oxunub:1068
Gürcüstanın şərqində, Tbilisidən 59 kilometr aralıda 3,3 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat verilib.

Yeraltı təkanlar fevralın 15-də yerli vaxtla saat 00:02-də qeydə alınıb. Zəlzələnin episentri Mamişrali kəndi yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl, fevralın 12-də də ölkədə 3,1 bal gücündə zəlzələ qeydə alınmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti