"Bir il ərzində evləri yenidən tikəcəyik" - Süleyman Soylu

   "Bir il ərzində evləri yenidən tikəcəyik" -    Süleyman Soylu
  15 Fevral 2023    Oxunub:835
Antakyada 2 evdən 1-i yıxıldı. Binaların 40 faizində dağıntı aşkar edilib. Dəlil toplamadan dağıntılar aradan qaldırılmır. Dağılmış evlərin sahibləri də orada olacaq və salamat qalmış əşyalarını götürə biləcəklər".
AzVision.az xəbər verir ki, bunu türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda bildirib. Onun sözlərinə görə, uçmuş evlər yenidən tikiləcək və bir il ərzində təhvil veriləcək.

"Bu şəhərlər yenidən möhkəm zəmində yüksələcək. Hansısa bir epidemiya və ya infeksiyadan söhbət gedə bilməz. Bu məsələdə Səhiyyə Nazirliyinin diqqəti ən yüksək səviyyədədir.

İndiyədək Türkiyə daxilində 200 min çadır daşınıb, daha 100 min çadır göndəriləcək. Vətəndaşlarımız da bu bir il ərzində yardımlaşmanı davam etdirməlidir".

Nazir bildirib ki, Kahramanmaraşda 215 məntəqədə axtarış-xilasetmə işləri davam edir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti