Çavuşoğlu: "İrəvan ağır vaxtda bizə dostluq əlini uzadıb" - YENİLƏNİB

 Çavuşoğlu:  "İrəvan ağır vaxtda bizə dostluq əlini uzadıb" -  YENİLƏNİB
  15 Fevral 2023    Oxunub:1333
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
AzVision.az xəbər verir ki, görüşdən sonra Çavuşoğlu ilə Mirzoyan açıqlamalar verib.

Çavuşoğlu bildirib ki, Ermənistan ağır vaxtda Türkiyəyə dostluq əlini uzadıb. Mirozyan isə bildirib ki, belə zamanda Türkiyədə olaraq bir daha sülhü bərpa etmək barədə istəklərini bəyan ediblər.

***
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Armenpress-in məlumatına görə, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq, bundan sonra Mirzoyan və Çavuşoğlu mətbuata bəyanatlarla çıxış edəcəklər.

Erməni nazir Türkiyənin paytaxtından dağıdıcı zəlzələdən əziyyət çəkən Adıyaman şəhərinə yola düşəcək və axtarış-xilasetmə əməliyyatında iştirak edən erməni dəstəsi ilə görüşəcək.

Xatırladaq ki, bu səfər artıq Mirzoyanın son bir ildə Türkiyəyə ikinci səfəridir. 2022-ci ilin martında o, Antalyada diplomatik forumda iştirak edib və burada Çavuşoğlu ilə də danışıqlar aparıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti