"Böyük Ermənistan" arzularımız ölüb" - Erməni politoloq

   "Böyük Ermənistan" arzularımız ölüb" -    Erməni politoloq
  15 Fevral 2023    Oxunub:983
Erməni politoloq Ara Poqosyan xalqının "Böyük Ermənistan"la bağlı qurduğu xəyallara dair maraqlı fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, sosial şəbəkələrdə etdiyi paylaşımda yazıb ki, vaxt var idi hamı bu ideyadan danışırdı.
İndi isə onları sayan yoxdur: “Məndə belə bir təəssürat yaranıb ki, ölkəmiz "Böyük Ermənistan" arzusunda olanda dünya üçün daha maraqlı idi. O zaman bəziləri Ermənistana ümid bəsləyirdi, bəziləri isə ona qarşı mübarizə aparırdı. İndi ermənilər arasında "Böyük Ermənistan" arzusunun öldüyü görünür. Belə bir şəraitdə mənim ölkəm ancaq "hesablaşma mərkəzi"nə çevrilib”.

İrəvan Dövlət Universitetinin professoru Qarik Keryan politoloqa yazdığı cavab da diqqət çəkib. O qeyd eidb ki, "Yaxşı yazmısınız, amma indi kiçik Ermənistanı əlimizdə saxlamaq problemi ilə üz-üzəyik, böyüyü necə düşünək?".

Poqosyan isə cavab olaraq deyib: "Nə qədər ki, yuxarıdan tutmuş aşağıya qədər hər kəs yalnız kiçik Ermənistan haqqında düşünəcək, nə qədər ki, Mehrinin Qarabağdan daha vacib olduğunu deyəcəklər, onda kiçik ərazini əlimizdə saxlamaq problemi bizi təqib edəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti