İrəvanda "Öcalana azadlıq" şüarı ilə aksiya keçirilib

   İrəvanda  "Öcalana azadlıq"  şüarı ilə aksiya keçirilib
  15 Fevral 2023    Oxunub:711
Ermənistanın kürd icmasının nümayəndələri BMT-nin İrəvan ofisi yaxınlığında etiraz aksiyası keçirib.
AzVision.az xəbər verir ki, onlar mitinqin PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın həbsinin 24-cü ildönümünə həsr olunduğunu bəyan ediblər.

Aksiya iştirakçıları rəsmi Ankaranın ünvanına şər-böhtan dolu şüarlar səsləndiriblər. Radikal kütlə PKK, "Suriya Demokratik Qüvvələri" və "Xalq Müdafiə Birlikləri"nin bayraqları, eləcə də Öcalanın fotolarını qaldıraraq İrəvanın mərkəzindən keçib. Onlar BMT-nin ofisinə çatdıqda burada bəyanat oxuyaraq onu məktubla birlikdə quruma təqdim ediblər.

Kürd icmasının rəhbəri, Ermənistan parlamentinin üzvü Şahzadə Həsənovun jurnalistlərə verdiyi açıqlamada deyib ki, BMT Öcalanı həbsdən azad etmək üçün bütün rıçaqlardan istifadə etməlidir.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrini və çoxsaylı insan tələfatını nəzərə alaraq, Ocalanın azadlığa buraxılması üçün təcili tədbirlər görülməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya   Öcalan  





Xəbər lenti